news Image
2014.06.17
12:26
| A A A
Sabah 40 min şagird imtahan verəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 18-də Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Zərdab, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı və Siyəzən rayonlarının orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək. TQDK-nın mətbuat xidmətindən  Movqe.az -a verilən xəbərə görə, qeyd olunan rayonlarda imtahanların keçirilməsi üçün 56 imtahan mərkəzi ayrılıb. Həmin gün saat 10-da IX sinif şagirdləri, 15-də isə XI sinif şagirdləri imtahan verəcəklər.

 

Bu imtahanlarda ümumilikdə 38212 şagirdin imtahan verəcəyi gözlənilir. Belə ki, Ağcabədidə 1856, Ağdamda 1207, Bərdədə 2045, Tərtərdə 938, Zərdabda 660, Göyçayda 1483, Ucarda 919, Kürdəmirdə 1318, Ağdaşda 1340, Yevlaxda 1345, Ağsuda 766, İsmayıllıda 1138, Şamaxıda 1017, Qobustanda 418, Qubada 1865, Şabranda 648, Qusarda 972, Xaçmazda 1837, Xızıda 177, Siyəzəndə isə 480 nəfər 9-cu sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur. 11-ci siniflərin buraxılış imtahanı haqqında məlumata gəlincə, Ağcabədidə 1439, Ağdamda 755, Bərdədə 1533, Tərtərdə 690, Zərdabda 436, Göyçayda 992, Ucarda 712, Kürdəmirdə 927, Ağdaşda 861, Yevlaxda 1158, Ağsuda 587, İsmayıllıda 845, Şamaxıda 544, Qobustanda 291, Qubada 1022, Şabranda 415, Qusarda 772, Xaçmazda 1158, Xızıda 123, Siyəzəndə isə 368 nəfər 11-ci sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

 

TQDK, həmçinin həmin gün Bakı şəhərində Respublika Olimpiya İdman liseyinin 9 və 11-ci sinif şagirdləri üçün də buraxılış imtahanları keçirəcək. Bu imtahanda 84 nəfər 9-cu, 71 nəfər 11-ci sinif şagirdinin iştirakı gözlənilir. Həm 9-cu, həm də 11-ci siniflərin imtahanlarının idarə edilməsi üçün ümumilikdə 156 imtahan rəhbəri, 2036 nəzarətçi-müəllim ayrılıb. Hər bir şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs