news Image
2014.06.17
12:43
| A A A
Azərbaycanlı millət vəkili: "Qızlar daha sədaqətli olur"

"Azərbaycanda kişilərin sayının qadınlara nisbətdə artması hələki təhlükəli həddə deyil. Bundan elə də narahat olmağa dəyməz. Amma Azərbaycanda selektiv abort da qaağandır. Cinsə görə abort cinayət sayılır. Selektiv abort edən hıkimlər cinayət edirlər". 

Bu sözləri Movqe.az-a Dövlət Statistika Komitəsinin əhalinin sayı ilə bağlı statistikasına münasibət bildirərkən Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli söyləyib. H. Rəcəbli deyib ki, əslində övladı cinsə görə ayırmaq səhvdir: " Qız hamısından sədaqətlidir. Bəzi oğlan övladları ataya-anaya 

naxələf çıxırlar. Amma qızlar daha sədaqətli olur". 

Qeyd edək ki,  Dövlət Statistika Komitəsindən verilən məlumata görə,ölkədə 53,6 min körpə doğulub və maraqlısı budur ki, doğulanların 53,6 faizini oğlanlar, 46,4 faizi qızlar təşkil edib. Son illər urbanizasiya problemi daha da artıb, belə ki, əhalinin ümumi sayının 53,2 faizi şəhər, 46,8 faizi kənd sakinləridir. Sosioloqlar isə hesab edirlər ki, bu gələcəkdə ölkənin sosial-iqtisadi inkişafında xüsusilə də kənd təsərrüfatında ciddi problemlər yarada bilər. Bu barədə ANS-ə Komitədən məlumat verilib. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs