news Image
2014.06.17
13:30
| A A A
İngiltərə IŞİD-i terror təşkilatları siyahısına aldı

İngiltərə, tərkibində İraq Şam İslam Dövləti (IŞİD) və Türkiyə Xalq Qurtuluş Partiyası-Cəbhəsinin (Thkp-C) də olduğu beş qrupu, Suriyadakı fəaliyyətlərindən ötəri terror təşkilatları siyahısına əlavə edib. İngiltərə Daxili İşlər Nazirliyindən edilən şərhdə, "IŞİD, Thkp-C, Kateeba Əl-Kawthar (kak), Abdallah Azzam Briqadaları, Milliyətçi Azad Fələstin Cəbhəsi (PFLP-GC) bu gün terror təşkilatları siyahısına əlavə edildi" deyilib.


Movqe.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Təhlükəsizlik və köç etmədən  Məsul nazirinin müavini Ceyms Brokenşire, mövzuyla bağlı etdiyi şərhdə, Suriyadakı bütün terror fəaliyyətlərini qınadıqlarını bildirərək "Bu gün Suriya ilə əlaqələri olan beş qrupu siyahıya əlavə etdik. Suriyada fəaliyyətdə olan dörd digər qrup da hal-hazırda bu siyahıda var. Bu qrupların üzvü olmaq, və ya dəstəkləmək cəza tələb edən bir cinayətdir. Terror fəaliyyətlərinə harada olursa olsun, mülayimlik göstərməyəcəyik "deyib.


Nazirlik, Suriya ilə əlaqəli olan Əl Nusra, Hizbullahın hərbi qanadı, PKK və Ənsar Əl-İslamın İngiltərənin terror təşkilatları siyahısında olduğunu xatırladıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs