Əlaqə Arxiv
news Image
2014.06.17
14:45
| A A A
Bakıda İƏT-in Əmək Mərkəzi yaradılır

Gələn il Bakıda İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzi yaradıla bilər. 


Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Bakıda keçirilən İƏT-in əmək, məşğulluq və sosial müdafiə ilə bağlı çərçivə sənədinin icrası üzrə Rəhbər Komitənin ilk iclasında deyib. Nazir İƏT-in əmək nazirlərinin 2015-ci ildə İndoneziyada keçiriləcək növbəti konfransında sözügedən Əmək Mərkəzinin yaradılması ilə bağlı qərar qəbul ediləcəyinə əminliyini bildirib.


Onun sözlərinə görə, İƏT-in əmək nazirlərinin ötən ilki konfransının Yekun Bəyannaməsində İƏT Katibliyinə Bakıda Əmək Mərkəzinin yaradılması ilə bağlı müvafiq araşdırmaların aparılması tapşırılıb.


Sizin Reklam Yeriniz