Əlaqə Arxiv
news Image
2014.06.17
14:28
| A A A
7 nəfəri gün vurdu

Ötən gün 25 yaşlı oğlan günvurma ilə təcili yardıma müraciət edib. Ona yerindəcə yardım göstərilib, xəstəxanaya aparılmayıb. Ümumilikdə mövsüm başlayandan 7 nəfər günvurma ilə bağlı təcili yardıma müraicət edib.

 

Bu barədə Publika.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova məlumat verib.

 

Onun sözlərinə görə, günvurma ilə bağlı müraciət edənlər əsasən, kişilərdir. Onlardan 3 nəfər - 27, 35, 50 yaşlı kişi xəstəxanaya yerləşdirilib. Müraciət edənlər əsasən, açıq havada baş örtüksüz gəzənlərdir.

 

Məsləhət görərdik ki, insanlar günorta saatlarında açıq havada baş örtüksüz gəzməsinlər.

Sizin Reklam Yeriniz