news Image
2014.06.17
14:55
| A A A
Bakıda həkim həkimi öldürdü
Pediatr Ceyhun Bədəlovun ölüm ilə bağlı açıqlama verilib

Gəncə şəhər 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının həkim pediatrı Ceyhun Bədəlovun Bakıda Respublika Klinik Xəstəxanasında dünyasını dəyişməsi faktı ilə bağlı açıqlama verilib.


Respublika Klinik Xəstəxananın baş həkiminin müavini Mahir Babayev APA-ya açıqlamasında deyib ki, Ceyhun Bədəlov bir neçə gün Respublika Klinik Xəstəxanasında müalicə alıb. Xəstənin ağır qan xəstəliyindən əziyyət çəkdiyini deyən M.Babayev qeyd edib ki, o, xəstəxanaya qanaxma ilə gətirilib: "C.Bədəlovun mədəsində problem də ağır xəstəliyindən olub. Həmin xəstə bizdə müalicə alırdı. Lakin sonra ailəsinin istəyi ilə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasına aparılıb. Amma onda ağır qan xəstəliyi var idi. Xəstədə qanaxma da qan xəstəliyi nəticəsində baş verib".


ATU-nun Tədris Terapevtik Klinikasının baş həkimi Ramin Bayramlı isə açıqlamasında bildirib ki, C.Bədəlovun klinikada dünyasını dəyişmədiyini söyləyib. Onun sözlərinə görə, xəstə Respublika Klinik Xəstəxanasında müalicə alıb: "Son bir neçə gün ərzində yaxınları tərəfindən bizə müraciət olunurdu ki, qəbul edək. İrsi və ağır qan xəstəliyindən əziyyət çəkirdi. O da müalicəsi olmayan bir xəstəlikdir. Bu xəstəlik nəticəsində ağırlaşmaları, qanaxmaları baş verirdi. Bizim mütəxəssislər də Respublika Klinik Xəstəxanasında xəstəyə baxış keçiriblər. Lakin onun xanımı israr etdi ki, bizim klinikada müayinə olunsun. Sonradan xəstə bizim klinikaya gətirildi, 2-3 saat müşahidə altında tutuldu. Müayinələri icra etdik və nəticəsində xəstənin vəziyyətin daha da pisləşəcəyini gördük. Heç bir müayinə və müalicənin effektiv olmayacağı üçün ailəyə xəstəni evə aparmaları məsləhət görülüb. Bundan sonra xəstəni ailəsi evlərinə aparıb və axşam evdə dünyasını dəyişib. Ailə üzvləri iltizamnamə də yazıblar ki, xəstə ağır vəziyyətdə klinikadan evə götürülüb. Dünən yalnız 4-5 saat xəstə bizim klinikada olub. Bu vaxta 13-14 gün Respublika Klinik Xəstəxanasında müalicə alıb. Bizim müayinələrdən sonra da məlum oldu ki, xəstəlik çox ağırlaşmış vəziyyətdədir və müalicəsi yoxdur".


Qeyd edək ki, bu gün yayılan xəbərlərə əsasən Gəncə şəhər 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının həkim pediatrı Ceyhun Bədəlov öz həmkarlarının səhlənkarlığının qurbanı olub. Bakıda təkmilləşdirmə kurslarında olan həkim Ceyhun Bədəlovun qəflətən mədə-bağırsağında problem yaranıb və o, Respublika Klinik Xəstəxanasına müraciət edib. Adı çəkilən xəstəxananın həkimləri Ceyhun Bədəlovun mədəsini yumaq istəyiblər. Lakin C.Bədəlov özü də həkim olduğundan, belə halda mədənin yuyulmağının düzgün olmadığını bildirib. İradlarına baxmayaraq, Respublika Klinik Xəstəxananın həkimləri prosesə davam ediblər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs