news Image
2014.06.17
14:50
| A A A
Sabah imtahan verəcək şagirdlərə hava xəbərdarlığı

Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu 37 dərəcəyədək yüksələcək.  Bu hava şəraitinin sabah imtahan həyəcanı yaşayacaq 40 min şagirdə necə təsir edəcəyi ilə bağlı Movqe.az mütəxəssis rəyi öyrənib. Terapevti Sevinc İlyasova deyib ki, iyun ayındakı hava şəraiti imtahan verən şagird və abituriyentlər üçün əlverişsiz, yüksək temperaturlu hava şəraiti hesab olunur. Terapevt imtahan həyəcanı yaşayan şagird və abituriyentlərə yüksək hava şəraitinin təsir edəcəyinin şübhəsiz olduğunu söyləyir. Onun sözlərinə görə, stress içərisində olan şagirdlər bu temperaturda başgicəllənmə, ürəkbulanma, təyziqin enməsi kimi xəstəliklərlə üzləşə bilərlər: "Hava şəratinin yüksək olması həyəcan keçirən insanlara daha çox təsir göstərir. Belə halda əsasən təyziqin enməsimüşahidəolunur. Bu hava şəraitiürəkbulanma, başgicəllənmə, ən pis halda isə huşunu itirmə ilə nəticələnə bilər. Günvurmada şagirdlərin səhhətinə təsir göstərə bilər".

Ona görə S. İlyasova  şagirdlərə həm imtahandanəvvəl, həmçinin imtahan zamanımayedənçox istifadə etməyi məsləhət görür. Terapevt deyir ki, temperatur yüksək olduqda insan orqanizmində istilik balansı pozulur. Bu səbəbdən imtahan həyəcanı yaşayan şagird və abituriyentlərdə sadalanan xəstəliklər baş qaldıra bilər. Terapevt şagirdlərin isti hava şəraitində sağlam uğurlu imtahan verməsi üçün bir sıra məsləhətlər verdi: "Belə hava şəraitində imtahana qatılacaq şagirdlərin və abituriyentlərin özlərini gümrah hiss etmələri, imtahan gedişi zamanı səhhətlərində hər hansı problemin yaranmaması üçün mütləq axşam imtahan günü səhər qidalanmalarına diqqət yetirməlidirlər. Abituriyentlər axşam yatmazdan əvvəl səhər qidalı amma yüngül ərzaq qəbul etməlidirlər. Meyvə yeməli meyvə şirəsi içmələri vacibdir. Eyni zamanda çoxlu digər mayelər qəbul etməlidirlər".

Terapevt şagirdlərin və abituriyentlərin səhər uğurlu imtahan verməsi üçün axşam tez yatmalarının da vacib olduğunu bildirir. Onun sözlərinə görə, imtahan verməyə hazırlaşan şəxs ən azı 10 saat yatmalıdır.

Terapevt imtahan həyəcanı yaşayanların axşam televizora az baxmalarını da məsləhət görür. Deyir ki, şagirdin beyni informasiya ilə dolu olduğundan, kənar informasiya qəbulu beyini yükləyə bilər. Bundan əlavə həkim bildirir ki, səhər imtahan verəcək şagirdə valideyn digər insanlar tərəfindən psixoloji təsir edilməməlidir. Terapevt yüksək hava şəraitində şagird və abituriyentlərin səhhətində hər hansı problem olarsa, həkim müdaxiləsinə qədər düzgün ilkin tibbi yardımın göstərilməsini vacib sayır. Onun sözlərinə görə, ürəkbulanma, təyziq enməsi, başgicəllənməhallarıbaş verərsə dərhal xəstə kölgəlik, sərin yerə aparılmalı, üzərinə sərin su çilənməli, dəsmalı isladaraq yaş halda ürəyininüzərinəqoyulmalıdır. maye verilməlidir: " Huşunu itirmə ilə əticələndikdə isə xəstəyə naşatırspirtiqoxuladaraqhəkim müdaxiləsini gözləmək lazımdır. Bu zaman həkim kofein kordiamin iynələri vuraraq xəstənin vəziyyətini düzəldə bilər".

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs