news Image
2014.06.17
15:00
| A A A
Azərbaycanda qəzada avtomobil parçalandı: 2 ölü, 3 yaralı

Azərbaycanın Cəlilabad rayonunda ölümlə nəticələnən dəhşətli yol-nəqliyyat qəzası baş verib.


Movqe.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.


Kənd sakini Teymur Məmiş oğlu Yadigarovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən qarşı tərəfdən gələn rayon sakini Asim Alixan oğlu Rüstəmovun idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili ilə toqquşub.


Güclü zərbənin təsirindən "VAZ-2106" markalı avtomobil bir neçə hissəyə ayrılıb. Qəza nəticəsində "VAZ-2106"-nın sürücüsü və sərnişini Seymur İlqar oğlu Qarayev hadisə yerindəcə dünyasını dəyişib. Həmin avtomobildə olan digər sərnişinlər - Rəvan İlham oğlu Ağazadə, Xəyal Camaləddin oğlu Mirzəxanov və həmçinin "Mercedes"in sürücüsü Teymur Yadigarov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.


İlkin ehtimala görə, hadisə "VAZ-2106" markalı avtomobilin yüksək sürətlə idarə edilməsi səbəbindən baş verib.


Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs