news Image
2014.06.17
14:56
| A A A
İŞID-a qoşulan azərbaycanlı ilə bağlı açıqlama

"Azərbaycandan bir neçə nəfərin İŞID-ın sıralarına qoşulması Azərbaycanı terrora dəstək verən ölkə kimi təbliğ etməyə əsas verə bilməz. Azərbaycan terrordan əziyyət çəkən ölkə kimi bu problemə qarşı daim fəal mübarizəsi ilə seçilib. Erməni tərəfin  İŞID-ın sıralarına qoşulan bir azərbaycanlının videosu ilə ö Azərbaycanın əleyhinə təbliğat kimi istifadə etməsi gülüncdür. Çünki ermənilərin özlərinin strukturlaşmış ASALA kimi terror təşkilatları var ki, dünyada bu terror təşkilatlarının əməlləri ilə məşhurdurlar".

Bu sözləri Movqe.az-a "İraq Şam İslam Dövləti" terrorçularıyla bir yerdə döyüşən azərbaycanlıların  yayımlanan video görüntülərinə münasibət bildirərkən Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli söyləyib. Qeyd edək ki, bu video erməni saytlarında Azərbaycan əleyhinə təbliğat kimi yayımlanıb. H. Rəcəbli bildirib ki, bütün dünyada bu cür dini və təriqət ayrılıqları baş verir: "Əlbəttə ki, biz istəmərik ki,bizim bir vətəndaşımız belə bu cür terror təşkilatlarına qatılıb onlarla birgə olsunlar.Hər zaman Azərbaycançılıq əsas olmalıdır. Amma Azərbaycandan bir-iki nəfər  İŞID-ın sıralarına qoşulursa bu heç də Azərbaycanın mövqeyini əks etdirə bilməz". 






































Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs