Bakı Şəhər Prokurorluğu azyaşlı uşağın zorlanması
faktı ilə bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətindən
Movqe.az -a verilən məlumata görə, iyunun
14-də saat 01:00 radələrində paytaxtın Binəqədi rayonunda kirayədə
yaşayan 1956-cı il təvəllüdlü Yusifov Yaşar Bəhlul oğlu sərxoş
vəziyyətdə yaşadığı evin həyətində kirayədə yaşayan Lalə
Cəfərovanın (ad və soyad şərtidir) evinə daxil olaraq onun 2007-ci
il təvəllüdlü qızı Leylanın (ad şərtidir) evdə köməksiz vəziyyətdə
tək olmasından istifadə edərək ona xəsarətlə müşayiət olunan zor
tətbiq etməklə cinsi əlaqədə olub zorladıqdan sonra hadisə yerindən
qaçıb. Faktla bağlı həmin tarixdə rayon prokurorluğunda Cinayət
Məcəlləsinin 149.3.3-cü (zorlama, təqsirkar şəxs üçün aşkar surətdə
on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə
cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib və digər
zəruri istintaq hərəkətləri yerinə yetirilib.Rayon prokurorluğu və
Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş
təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində
cinayətin Yaşar Yusifov tərəfindən törədilməsində şübhələnməyə
kifayət qədər əsaslar olduğundan o, tutularaq istintaqa cəlb olunub
və təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində
məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.