news Image
2014.06.17
16:53
| A A A
Azərbaycanlı xanım vitse-prezident təyin edildi

Azercell Telekom MMC-nin Koorporativ Ünsiyyət şöbəsinin direktoru, son bir il ərzində TeliaSonera İnternational Carrier şirkətinin Stokolhmda yerləşən ofisində Kommunikasiya şöbəsinin rəhbəri vəzifəsini icra etmiş Ülviyyə Həsənzadə TeliaSonera Avrasiya şirkətinin İstanbuldakı regional ofisinə Korporativ Ünsiyyət üzrə vitse-prezident vəzifəsinə təyin olunub. Ülviyyə Həsənzadə Azercell Telekom-da karyerasına 2008-ci ildə Korporativ Ünsiyyət şöbəsinin rəhbəri vəzifəsində başlayıb. Məlumat üçün bildirək ki, Ülviyyə xanım ictimaiyyət və mətbuat, hökumət orqanları və korporativ əlaqələr sahəsində 15 ildən artıq təcrübəyə malikdir. Ü.Həsənzadə peşəkar karyerasına Azərbaycan Respublikası Prezident Administrasiyasının sosial-siyasi şöbəsində başlayıb. Daha sonra Böyük Britaniya Parlamentinin İcmalar palatasında çalışıb. 2006-ci ildə Weber Shandwick adlı Qlobal PR şirkətinin Azərbaycan bürosunda biznesin inkişafı üzrə direktor vəzifəsində çalışıb. Ülviyyə Həsənzadə Bakı Dövlət Universitetin beynəlxalq münasibətlər fakültəsini və Böyük Britaniyanın Sasseks Universitetinin İnkişaf Elmləri İnstitutunu beynəlxalq siyasət ixtisası üzrə magistr diplomu ilə bitirib.

Qeyd edək ki, Azercell yerli operator olmaqla, beynəlxalq TeliaSonera şirkətlər qrupunun bir hissəsidir. TeliaSonera International Carrier şirkəti TeliaSonera tərkibində şəbəkə infrastrukturu üzrə xidmətlər təklif edir. Şirkətin hazırda 80 ölkədə 1000 müştərisi var.  1850-ci ildə  yaradılan TeliaSonera dünyada ən qabaqcıl mobil kommunikasiya təminatçısı olmaqla, telekommunikasiya sənayesinin öncüllərindən və GSM şəbəkəsinin yaradıcılarından biridir. Son 20 il ərzində TeliaSonera şirkəti mobil operatordan Avropanın beşinci ən böyük şirkətinə çevrilməyi bacarıb. Məhz TeliaSonera dünyada ilk dəfə olaraq 4G şəbəkəsini tətbiq edib. Onu da qeyd edək ki, TeliaSonera, həm də,  Everest dağına 3G şəbəkəsini quran ilk şirkət olub. a

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs