news Image
2014.06.17
17:30
| A A A
Səhiyyə Nazirliyində geniş kollegiya iclası

Bu gün Azərbaycanda səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə geniş kollegiya iclası keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən  Movqe.az-a verilən xəbərə görə, tədbiri giriş sözü ilə acan nazir ilk olaraq bütün tibb işçilərini peşə bayramı münasibəti ilə təbrik edib, onlara bu çətin və incə işlərində uğur və müvəffəqiyyətlər arzulayıb. Qeyd olunub ki, prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində 600-ə yaxın yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisələri müasir avadanlıqlarla təmin olunub. Səhiyyənin dünya standartları üzrə inkişafının əsas istiqamətlərindən biri tibbi təhsil və kadr islahatıdır. Tibb işçilərimizin bilik və peşə bacarıqlarının artırılmasına Səhiyyə Nazirliyi tərəfindən xüsusi diqqət yetirilir. Azərbaycan səhiyyəsinin beynəlxalq aləmə inteqrasiyası artır və əlaqələri genişlənir. Sonra nazir O.Şirəliyev kollegiya iştirakçılarına səhiyyənin prioritet istiqamətlərindən- kardiocərrahiyyə, sümük iliyinin transplantologiyası, irsi qan xəstəlikləri və s. istiqamətlərində görülən işlər, əldə olunan nailiyyətlər haqqında danışıb. Daha sonra kollegiya katibi Azərbaycanın səhiyyə işçilərinin "Tərəqqi" medalı, "Əməkdar Həkim" və "Əməkdar Müəllim" medal və adlarla təltif edilməsi haqqında prezident İlham Əliyev Sərəncamını səsləndirib. Tədbirin sonunda sıra tibb işçisinə mükafat və hədiyyələr təqdim olunub.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs