Əlaqə Arxiv
news Image
2014.06.18
10:40
| A A A
Türkdilli ölkələrin növbəti iclası keçiriləcək

Qırğızıstanda keçiriləcək Əməkdaşlıq Şurasının iclasında üzv ölkələrin iqtisadiyya nazirləri iştirak edəcək

Qırğızıstan İqtisadiyyat Nazirliyi mətbuat xidmətinin verdiyi məlumata görə, iyunun 20-də "İssık-kul" gölünün sahilindəki Çolpon-Ata şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) üzvü olan ölkələrin iqtisadiyyat nazirlərinin IV müşavirəsi keçiriləcəkdir.


Müşavirədə Azərbaycan, Qazaxıstan, Türkiyə və Qırğızıstanın iqtisadiyyat nazirləri, həmçinin TDƏŞ-nın Baş katibi Xəlil Akınçı iştirak edəcəkdir.


Tədbirdə türkdilli dövlətlər arasında səmərəli iqtisadi əlaqələrin inkişafı, müvafiq müqavilə-hüquq bazasının yaradılması, türkdilli xalqlar arasında birliyin daha da gücləndirilməsi məsələləri müzakirə olunacaqdır.


Sizin Reklam Yeriniz