Əlaqə Arxiv
news Image
2014.06.18
10:52
| A A A
Bu gün Azərbaycanda buraxılış imtahanı keçirilir
9 və 11-ci sinif şagirdləri buraxışlış imtahanları verir

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası növbəti buraxılış imtahanları keçirir. 


TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, imtahanlar Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Zərdab, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı və Siyəzən rayonlarının orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada keçirilir. 


Qeyd olunan rayonlarda imtahanların keçirilməsi üçün 56 imtahan mərkəzi ayrılıb. 


Həmin imtahanlarda iştirak edəcək şagirdlər "imtahana buraxılış vərəqəsi"ni internet vasitəsilə çap edib götürə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Sizin Reklam Yeriniz