Əlaqə Arxiv
news Image
2014.06.18
15:53
| A A A
Siyavuş Novruzov: “Əfqanıstanda da terrorçular kütləvi təlim keçir, Dağlıq Qarabağda da”

Bakıda keçirilən NATO Parlament Assambleyasının (PA) "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" adlı 86-cı "Rose-Roth" seminarının Əfqanıstanla bağlı hissəsində separatçı Dağlıq Qarabağdakı vəziyyət barədə paralellər aparılıb.


APA-nın məlumatına görə, seminarda çıxış edən Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü Siyavuş Novruzov bildirib ki, Sovet qoşunları Əfqanıstandan çıxandan sonra ölkədə yaranan xaotik vəziyyət oranı nəzarətdən çıxmış əraziyə çevirib.

 

O qeyd edib ki, oxşar hal Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Qarabağ bölgəsində də davam edir: "Əfqanıstanda da narkotik becərilir, Dağlıq Qarabağda da. Əfqanıstanda da terrorçular kütləvi təlim keçir, Dağlıq Qarabağda da..."

 

S.Novruzov deyib ki, Ermənistan bu cür işğalı davam etdirdikcə, heç bir beynəlxalq tədbirdə istər ev sahibi, istərsə də qonaq kimi, sülhsevər dövlət kimi çıxış edə bilməz.


Sizin Reklam Yeriniz