news Image
2014.06.18
15:22
| A A A
400 ədəd yeni bankomat quraşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu (DSMF) bu il ölkədə bankomatların sayının artırılmasını qarşıya məqsəd qoyub. Movqe.az xəbər verir ki, DSMF-nin sədri Elman Mehdiyev jurnalistlərə açıqlamasında deyib. E.Mehdiyev bildirib ki, pensiyaların plastik kartlarla ödənilməsində əhaliyə xidmət göstərən bankomat şəbəkəsinin genişləndirilməsi məqsədilə DSMF müvəkkil banklarla ardıcıl iş aparır. Hazırda banklarla birgə yaradılan işçi qrupu bu məqsədlə yerlədə quraşdırılan bankomatların faktiki vəziyyəti və əlavə olaraq bankomata olan tələbatla bağlı inventarlaşdırma prosesini həyata keçirir: "Biz inventarlaşmanın nəticələrinə uyğun olaraq müvəkkil banklar qarşısında yaşayış məntəqələrində əlavə olaraq yeni bankomatların quraşdırılması üçün məsələ qaldırırıq. Cari ildə DSMF-yə xidmət göstərən banklar tərəfindən əlavə olaraq 400 ədəd yeni bankomatın quraşdırılması qərara alınıb. Bunlardan 300-ü "Azərbaycan Beynəlxalq Bank"ı, 100-ü isə "Kapital Bank" tərəfindən quraşdırılacaq. İlkin mərhələdə hazırda Azərbaycan Beynəlxalq Bankı tərəfindən ölkədə 100 yeni bankomatın quraşdırılması prosesi gedir. Bu ilin aprel-may aylarında 53 yeni bankomat quraşdırılıb. Nəzərdə tutulan digər bankomatlar da bu ilin sonunadək quraşdırılacaq". 

Bankomatların qarşısında yaranan sıxlıqla bağlı məsələyə münasibət bildirən E.Mehdiyev qeyd edib ki, bankomatların tələb olunan keyfiyyətdə çalışması və onların xidmət şəbəkəsinin genişlənməsi üçün dövrü olaraq monitorinq və qiymətləndirmələr aparılır və banklar tərəfindən zəruri tədbirlər görülür.

 

Onun sözlərinə görə, vətəndaşlar pensiyanı bir gün ərzində bankomatdan çıxarmağa meyl edirlər, yəni plastik kartlara öz təyinatına uyğun olaraq nağdsız ödəniş vasitəsi kimi deyil, bir gündə vəsaiti bankomatlardan götürmə aləti kimi yanaşırlar. Bu sıraya əmək haqqı alanların, eləcə də digər sosial müavinət və yardım alan şəxslərin də qoşulması nəticəsində bankomatların qarşısında sıxlığın və böyük növbələrin yaranmasına səbəb olur. "Bu məsələlərin aradan qaldırılması üçün DSMF tərəfindən müxtəlif layihələrə start verilib. Bunlardan biri də "Pensiya+" layihəsidir. Bu layihənin həyata keçirilməsində əsas məqsəd vətəndaşları nağdsız ödənişlərə təşviq etməkdir. Yəni, plastik kart vasitəsilə verilən pensiyanın bir gündə bankomatdan götürülməsi prosesini azaltmaq üçün vətəndaşların müxtəlif yerlərdə alış-veriş zamanı plastik kartlardan istifadə etmələri prosesini tədricən genişləndirmək istəyirik. Bunlara nail olmaq üçün vətəndaşların aktiv mövqeyi bir daha zəruridir".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs