Warning: opendir(/home/movqe/www/cache/): failed to open dir: No such file or directory in /usr/local/lib/php/Cache/Lite.php on line 632
Azərbaycanda həkimlər 6 yaşlı uşağı qolu kəsilməkdən xilas etdilər
 
 
news Image
2014.06.18
15:26
| A A A
Azərbaycanda həkimlər 6 yaşlı uşağı qolu kəsilməkdən xilas etdilər

Azərbaycan Dövlət Tibb Universitetinin həkimləri unikal əməliyyat həyata keçiriblər. ATU-dan Movqe.az-a verilən məlumata görə, universitetin Tədris Cərrahiyyə Klinikasında texniki baxımdan çox mürəkkəb olan mikrocərrahiyyə əməliyyatı sayəsində 6 yaşlı oğlanın qolu kəsilməkdən xilas edilib.

İyunun 15-də Quba rayonundan olan 6 yaşlı Tanrıverdi Allahverdiyev yelləncəkdən yıxılıb. O, yıxılarkən dirsəyinin üstünə düşüb. Dirsək sümüyü tam sınıb və az qala dərini deşərək bayıra çıxıb. Uşaq ağır vəziyyətdə Tədris Cərrahiyyə Klinikasına gətirilib və əməliyyata alınıb.Əməliyyat mikrocərrahiyyə sahəsində iki tanınmış mütəxəssis - ürək-damar cərrahı Mirəli Məcidov və tibb elmləri namizədi Nəsir Cəfərli tərəfindən həyata keçirilib. Lakin bundan sonra növbəti - daha ağır əməliyyat da lazım olub. Mirəli Məcidov bildirib ki, uşaq ATU-nun Tədris Cərrahiyyə Klinikasına "Sol bazu kondilusunun qapalı sınığı" diaqnozu ilə daxil olub: "Əməliyyat zamanı sınıq sümük bərpa olundu. Lakin 5-6 saat sonra bəlli oldu ki, uşağın sol əlində nəbz itib, işemiya əlamətləri başlayıb, sağ qolla müqayisədə sol qolda hərəkət çətinləşib".

Dopler müayinəsi zamanı bəlli olub ki, sol qolda qan yalnız dirsəyin ortasına kimi gedir, aşağı hissəyə işləmir. M.Məcidovun sözlərinə görə, damar trombozu uşağın qolunun kəsilməsi ilə nəticələnə bilərdi: "Böyüklərdən fərqli olaraq, uşaqların damarları incə olur, 2 mm qalınlığında damarlardır. Adətən, belə hallarda böyük xəstələrdə protezlərdən istifadə edirdik. Uşaqlarda belə imkan olmur. Ona görə təcili olaraq uşağı yenidən əməliyyata götürdük".

Tibb elmləri namizədi Nəsir Cəfərli bildirib ki, yıxılma nəticəsində damarlar yalnız sıxılmayıb, həm də onların içi zədələnib: "Dirsəkdəki damarın 3-4 sm-lik hissəsi tamamilə əzilmişdi. Ona görə həmin hissəni çıxardıq. Orada boşluq qalmasın deyə bypass əməliyyat gerçəkləşdirib, sağ ayaqdan bir hissə damar götürüb sol qola qoyulub: "Xəstəyə demək olar travma vermədən onun qolunu xilas edə bildik. Artıq balaca xəstəmizin nəbzi vurur".


N.Cəfərli deyib ki, əgər dərhal müdaxilə olmasaydı, uşağın qolu dirsəkdən aşağı kəsilməliydi. 6 saat davam edən əməliyyat uğurlu keçib.

Artıq T.Allahverdiyev reanimasiyadan palataya köçürülüb. Vəziyyəti qənaətbəxşdir, qolunda hərəkət başlayıb, ağrıları da keçmək üzrədir.



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs