news Image
2014.06.18
16:44
| A A A
Sergey Lavrov: Ermənistan Avrasiya İttifaqına BMT-nin tanıdığı sərhədlər çərçivəsində daxil olacaq

Ermənistan Avrasiya İttifaqına BMT-nin tanıdığı sərhədlər çərçivəsində daxil olacaq. Bunu çərşənbə günü Bakıda Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkar Elmar Məmmədyarovla görüşdən sonra keçirilən brifinqdə bildirib.

S.Lavrov deyib: "İnteqrasiya prosesləri Gömrük İttifaqına daxil olan bütün ölkələr ərazisində həyata keçirilir. Dağlıq Qarabağ belələrinə aid deyil, lakin razılaşdırılmış prinsiplər əsasında aparılan danışıqların predmetidir".

Onun sözlərinə görə, Ermənistan bundan əvvəl də həmin inteqrasiya proseslərində BMT-nin tanıdığı sərhədlər çərçivəsində iştirak etdiyini bəyan edib: "Bu, eynilə Avrasiya prosesi çərçivəsində də baş verəcək".

Azərbaycanın Avrasiya İttifaqına daxil olmasının perspektivləri haqqında sualı cavablandıran rusiyalı nazir qeyd edib ki, Azərbaycana Avrasiya İttifaqına daxil olmaqla bağlı rəsmi dəvət göndərilməyib. Amma Moskva tərəfdaşlarının Avrasiya məkanına maraq göstərməsinə daim şaddır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs