Əlaqə Arxiv
news Image
2014.06.18
18:08
| A A A
Təhsil Nazirliyindən internetdə döyülən uşaqla bağlı - AÇIQLAMA

Azərbaycan Təhsil Nazirliyi Bakının Suraxanı rayonundakı 7 nömrəli xüsusi internat məktəbində II sinif şagirdi Nahid Cavadovun döyülməsi ilə bağlı həmin müəssisədə quraşdırılan videokameraya hər hansı görüntünün düşüb-düşməməsinə aydınlıq gətirib.

Movqe.Az xəbər verir ki,Təhsil Nazirliyi və Baş Prokurorluğun birgə yaydığı məlumata görə, sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbinin şagirdi N.Cavadov döyülməyib. O, sanitar qovşaqda yıxılıb. Sanitar qovşaqda kameralar quraşdırılmadığından N.Cavadovun yıxılması ilə bağlı görüntü kameraya düşməyib.

Xatırladaq ki, Təhsil Nazirliyi və Baş Prokurorluğun birgə yaydıqları məlumata görə, ilkin araşdırmalar zamanı N.Cavadovun mayın 16-da saat 17:00 radələrində məktəbin sanitar qovşağına gedərkən müvazinətini itirərək yıxılması nəticəsində baş nahiyəsindən xəsarət alması qənaətinə gəlinib. N.Cavadovun yıxılma nəticəsində xəsarət alması özü və bilavasitə bu hadisəni görən digər şəxslərin izahatları ilə təsdiq edilib. Lakin mayın 21-də axşam saatlarında bəzi informasiya agentlikləri və sosial şəbəkələrdə N.Cavadovun məktəbin direktoru tərəfindən döyülməsini bildirməsi barədə videogörüntü yerləşdirilib. Bununla bağlı aparılmış araşdırmalar zamanı N.Cavadov və onun valideyni izahatlarında məktəbin müəllimi tərəfindən aldadılaraq onun və digər şagirdlərin guya məktəbin direktoru A.Əsgərova tərəfindən döyülməsi barədə yalan məlumat verməyə təhrik edildiyini bildiriblər.

Sağlamlıq imkanı məhdud olan N.Cavadovun internat məktəbində xəsarət alması ilə bağlı toplanmış materialda Cinayət Məcəlləsinin 296.1-ci (bilə-bilə yalan xəbərçilik etmə) və 314-cü (səhlənkarlıq) maddələri ilə cinayət işi açılıb.

İş üzrə N.Cavadovun döyülüb-döyülməməsinin müəyyənləşdirilməsi məqsədi ilə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.




Sizin Reklam Yeriniz