Hava dəhşətli isti olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron
yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir
tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək. Havanın
temperaturunun gecə 18-22, gündüz 30-35, bəzi yerlərdə 37 dərəcə
isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında iyunun 19-da
hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi
şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış
yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə
arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23, gündüz 31-36,
dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.