news Image
2014.06.19
10:09
| A A A
Masallıda üçüncü Beynəlxalq folklor festivalı

İyunun 13-də Masallı şəhərində ümummilli lider Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş üçüncü Beynəlxalq folklor festivalına start verilmişdir.


Səhər tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.


Sora tədbir davam etdirilmiş, Masallı rayon İcra hakimiyyəti başçısı aparatının qarşısındakı meydanında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş III Beynəlxalq Folklor Festivalının açılış mərasimi olmuşdur.


Qeyd edək ki, güclü yağan yağışlar ənənvi III Beynəlxalq Folklor Festivalının keçirilməsinə heç bir maneçilik etməmişdir...

Meydanda folklor kollektivlərinin paradı və nümunəvi çıxışları olmuşdur.


Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Masallı rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycanı Astara, Balakən, Ağcabədi və Masallı rayonları ilə yanaşı, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan, Latviya və Litvadan gəlmiş folklor kollektivləri istedad və bacarıqlarını nümayiş etdirmişlər.


Ənəvi Masallı III Beynəlxalq Folklor Festivalı rayon İcra hakimiyyəti başçısı aparatının qarşısındakı meydanında başlamış, mədəniyyət evində davam etdirilmişdir.


Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli cənab RAFİL İSRAFİL OĞLU HÜSEYNOV , Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev, Milli Məclisin deputatları Elmira Axundova, Nəriman Əliyev, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Seyid Əhməd Arslan, Latviyanın ölkəmizdəki səfiri Hardiys Baumanisin, Türkiyənin Sandıxlı şəhər bələdiyyəsinin sədri Mustafa Öz, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.


Masallıda Beynəlxalq folklor festivalının yüksək səviyyədə keçirilməsi üçün Masallı Rayon İcra Hakimiyyəti rəhbərliyi hər cür şərait yaratmışdır.


Festivalın ikinci günü, 14 iyun 2014 -cü ildə Masallı Rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli cənab RAFİL İSRAFİL OĞLU HÜSEYNOV geniş nitq söylədi.


Azərbaycan jurnalisti, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) və Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) Murmansk regional şöbəsinin mətbuat katibi,  region hökuməti yanında Millətlərə dair işlər üzrə Məsləhət Şurasının üzvü, Azərbaycan və Rusiya Jurnalistlər İttifaqlarının üzvü ƏLİHÜSEYN ŞÜKÜROV bu günkü məktubunda bildirir ki,  Masallıda baş tutan üçüncü Beynəlxalq folklor festivalını ən geniş işıqlandıran "İTV" olmuşdur. Televiziyanın məcul əməkdaşı - direktor, həmyerlimiz Hikmət Əliskəndəroğlu həmin verilişin hazırlanmasında fəal iştirak etmişdir.Digər əməkdaş, redaktor həmyerlimiz yazıçı Süleyman Əlisa və başqa yaradıcı qrupun üzvlərinin də xidmətlərini qeyd etmək yerinə düşər.Bu veriliş 17 iyun 2014-cü ildə yayımlanmışdır.


Tədbirin fəxri qonaqlarından olan Azərbaycan Respublikası Milli Məclisin deputatı Elmira Axundova festivalla bağlı təəssüratlarını AzərTAc-ın müxbiri ilə bölüşmüşdür.


Azərbaycan Respublikası Milli Məclisin deputatı Elmira Axundova Masallıda olarkən demişdir: 


-Masallıda keçirilən bu mötəbər tədbirə ciddi hazırlıq işləri görülmüşdür. Festivalda 16 folklor kollektivi və rəqs qrupu iştirak edir. Festival iştirakçıları təkcə öz istedad və bacarıqlarını nümayiş etdirmirlər. Onlar həm də, Azərbaycanla yaxından tanış olur, ölkəmizin mədəniyyəti, incəsənəti və turizm imkanları barədə geniş məlumat əldə edirlər. Tədbirin iştirakçıları, həm də, özlərinə yeni dostlar tapır, bir-birləri ilə mədəniyyət və incəsənətin müxtəlif növlərini paylaşırlar.


Masallıda Beynəlxalq folklor festivalının yüksək səviyyədə keçirilməsi üçün hər cür şəraitin yaradıldığını söyləyən Azərbaycan Respublikası Milli Məclisin deputatı Elmira Axundova vurğulamışdır ki, rayonda bütün sahələrdə böyük işlər görülür və yeni-yeni uğurlara imza atılır. Bütün bunlar Prezident İlham Əliyevin regionların inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.


Festivalın işinə uğurlar arzulayıram .


Azərbaycan Respublikası Milli Məclisin deputatı Elmira Axundova rayona gələnlərin sayının ilbəil artacağına və qonaqların buradan xoş təəssüratla ayrılacağına inamını ifadə etmişdir.


Masallıda keçirilən III Beynəlxalq folklor festivalının ikinci günü həm qonaqlar, həm də kənd sakinləri üçün yaddaqalan olmuşdur. III Beynəlxalq folklor festivalının iştirakçıları kənd sakinləri qarşısında da çıxış etmişlər

Qed edək ki, festival iştirakçıları iki qrupa bölünərək Masallı rayonunun Tüklə və Qızılağac kəndlərində sakinlər qarşısında konsert proqramı ilə çıxış etmişlər.


İrandan gələn qonaqlar artıq üçüncü dəfədir ki, bu festivalda iştirak edirlər. Litvanın "Aysva" qrupu isə ilk dəfədir Azərbaycanda, Masallıda olur.


Bir çox ölkələrdə təşkil edilmiş festivallarda iştirak etməklərini AzərTAc-a söyləyən qrupun rəhbəri Raymondas Mikolatis bildirmişdir ki, Azərbaycan haqqında eşitdiklərimizi öz gözlərimizlə gördük. Buradakı gözəlliklərlə bağlı eşitmək yox, görmək lazımdır. Azərbaycan xalqı çox qonaqpərvərdir. Litvaya ən xoş təəssüratlarımızı aparacağıq.


-Milli mətbəxinizdə hazırlanmış plov, kabab və dolmadan daddıq. Çayınız da çox ətirlidir. Biz xanımlar istəyirik ki, bu ləziz nemətlərdən ailəmiz üçün aparaq. İnanıram ki, bu arzumuzu da həyata keçirə biləcəyik. Ölkənizdə hər şey gözəl və ürəkaçandır. Bu festivalın bir dili var o da musiqidir. Bizi birləşdirən də məhz bu müqəddəs məqamdır...-



deyə q rupun iştirakçısı xanım Rasa Laymikene Azərbaycanın əsrarəngiz gözəlliyinə, onun mətbəxinə heyran olduğunu məhz bu sözlərlə ifadə etmişdir.


Masallıda keçirilən III Beynəlxalq folklor festivalının ikinci günü qonaqlar, rayonun tarixi abidələri, görməli yerləri ilə də yaxından tanış olmuşlar.


Masallıda Qurtuluş günü və III Beynəlxalq Folklor Festivalının yekunu

Xəbər verdiyimiz kimi İyunun 15 iyun 2014-cü il tarixdə Masallı şəhərində Ulu öndər Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş III Beynəlxalq Folklor Festivalının yekun konserti keçirilmişdir.


III Beynəlxalq Folklor Festivalına gələn qonaqlar Masallı rayonunun gəzməli və görməli yerlərini, turizm mərkəzlərini, tarixi ərazilərimizi, muzeylərimizi, istirahət guşələrimni gəzmiş, yerli sakinlərlə görüşmüş, onlarla təmasda olmuş, ilbəil, dəfələrlə böyük qonaqpərvərliyin bir daha şahidi olmuşlar.


Bir sözlə, Masallıda keçirilən Qurtuluş günündən, Günəıli gündən ləzzət alıblar...


Bütün bunlardan sonra qonaqlar Masallı rayonun gözəl və mənzərəli Heydər Əliyev parkında Qurtuluş günü və III Beynəlxalq Folklor Festivalının bağlanış mərasiminə həsr edilmiş möhtəşəm konsert proqramı nın şahidi və iştirakçısı olmuşlar...Onlar bildilər ki, 


15 İYUN – AZƏRBAYCAN XALQININ MİLLİ QURTULUŞ GÜNÜ tariximizə əbədi yazılmışdır.Belə ki,

1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Lakin müstəqilliyin ilk illəri siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, dövlətin bütün təsisatlarının boşluğu ilə əlamətdar idi. Ermənistanın ilhaqçılıq niyyəti güdəntəcavüzü respublikada vəziyyəti daha da gərginləşdirirdi. 1993-cü ilin yayında Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Vətənin bu ağır dövründə Heydər Əliyev hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun bizim tariximizə Milli qurtuluş günü kimi daxil oldu. 1997-ci ilin iyun ayında Milli Məclis ictimaiyyətin rəyi ilə razılaşaraq, həmin günü bayram elan etdi.


Masallı Rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli cənab RAFİL İSRAFİL OĞLU HÜSEYNOV

qonaqlara öz simvolik hədiyyələrini təqdim edərək bütün folklor qrupların hər bir üzvünü müxtəlif hədiyyələr ilə mükafatlandırdı. 


Mükafatlandırmadan sonra Qurtuluş günü və III Beynəlxalq Folklor Festivalının bağlanış mərasiminə həsr edilmiş geniı konsert proqramı başlanıldı. Qonaq ölkələrin folklor qrupları və respublikamızın folklor qrupları öz rəngarəng çıxışları ilə tədbirə xüsusi rəng qatdılar. 


Parka toplaşan qonaqlar, sakinlər ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə sürətlə inkişaf edən, gözəlləşən və Prezident İlham Əliyevin, Masallı rayon rəhbərliyinin burada aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində yeni görkəm alan mavi səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığını heyranlıqla seyr etmişlər. 

Bu mənzərə bura gələn qonaqların və bütün tədbir iştirakçlarının eləcə də tamaşaçıların yaddaşlarında hələ uzun zaman yaşayacaqdır...


Qonaqlar bu məkandan, Masallı qonaqpərvərliyindən özləriylə ərmağan aparmışlar...

Bayramın, xoş günün mübarək, əziz Masallı!!! 


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs