news Image
2014.06.19
10:11
| A A A
Ağ Evdən İŞİD-lə bağlı açıqlama
Ağ Ev rəsmisi Cey Karni İraqın ABŞ-dan İŞİD-ə aviazərbələr endirməyi xahiş etdiyini deyib

Amerika Birləşmiş Ştatları rəhbərliyi İraqa quru qoşunları göndərməyəcək. Bunu Ağ Evin mətbuat katibi Cey Karni bəyan edib. Onun sözlərinə görə, İraq hökuməti Vaşinqtona radikal qruplaşmalarla mübarizədə yardım üçün müraciət edərək, ABŞ-dan "İraq Şam İslam Dövləti" qruplaşmasının mövqelərinə aviazərbələr endirməyi xahiş edib.


"Biz buna milli təhlükəsizliyimizlə bağlı maraqlarımızın prizmasından baxırıq. Prezidentimiz də İraqa hərbi hissələrin göndərilməsindən başqa heç bir variantı istisna etmir. O, həmişə belə bir mövqeyi müdafiə edib ki, ABŞ ali baş komandanın lazim bildiyi məqamda özünün milli təhlükəsizliyi ilə bağlı maraqlarının müdafiəsinə qalxmaq hüququnu qoruyub saxlayır" - deyə, Cey Karni bildirib.


Ağ Evin rəsmisi vurğulayıb ki, Birləşmiş Ştatların birbaşa hərbi əməliyyatlarda iştirakı İraqın problemlərini həll etməyəcək. "Amerika Birləşmiş Ştatları İraqdakı təhlükəsizliyin tək qarantı ola bilməz", - Cey Karni belə deyib. 


Daha əvvəl ABŞ-ın müdafiə naziri Çak Heyqel bildirmişdi ki, İraqdakı vəziyyətə görə məsuliyyəti ABŞ-ın üzərinə yıxmaq lazım deyil, çünki İraqın hazırki hökuməti öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib və sünnilərlə və kürdlərlə əməkdaşlıq etməyib.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs