news Image
2014.06.19
12:43
| A A A
Samir Şərifov: "İcbari tibbi sığortanın tətbiqi ilə bağlı işlər aktivləşib"

İcbari tibbi sığortanın tətbiqi ilə bağlı işlər aktivləşib.


Bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.

 

Onun sözlərinə görə, baş nazirini müavini Əli Əhmədov icbari tibbi sığortanın tətbiqi ilə bağlı yaradılan işçi qrupuna rəhbərlik edir və bu qrupda müvafiq qurumların nümayəndələri təmsil olunub.

 

"İşlər bundan öncə də aparılırdı, amma indi biz bu işə yeni bucaqdan baxırıq. Ümid edirəm ki, yaxın gələcəkdə bu sahədə nəzərəçarpacaq irəliləyişlərə nail olacağıq", - deyə nazir bildirib.

 

S.Şərifov qeyd edib ki, işçi qrupu tərəfindən icbari tibbi sığortanın tətbiqi ilə bağlı müəyyən ölkələrin təcrübəsi öyrənilir: "Biz həm mənfi, həm də müsbət təcrübəni öyrənirik. Məsələn, elə ölkələr var ki, onlar icbari tibbi sığortanın tətbiqinə başlayanda çox uğurlu alınmışdı, lakin sonradan çox böyük problemlərlə üzləşiblər. Biz bu məsələdə ləng davransaq da, ümid edirəm ki, optimal bir modeli seçəcəyik".


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs