news Image
2014.06.19
14:40
| A A A
Araz Əzimov: “Azərbaycanın istəyi Ermənistanın konstruktiv yola çıxması, torpaqların boşaldılmasıdır”
“Azərbaycan işğal altında olan ərazilərində normal şərait, normal həyat yaratmaq, investisiya qoymaq, bu torpaqları inkişaf etdirmək istəyir”

 "Azərbaycan və Ermənistan prezidentlərinin Fransada planlaşdırılan görüşü haqda konkret məlumata malik deyiləm. Bu görüşdən gözləntilərimizə gələndə, istəyimiz ilk növbədə Ermənistanın mövqeyində dəyişikliklər, İrəvanın konstruktiv yola çıxması, torpaqların boşaldılması, Azərbaycanın göstərdiyi kompromis imkanlara hazır olmasıdır".


Movqe.az-ın xəbərinə görə, bunu xarici işlər nazirinin müavini Araz Əzimov deyib.


Dünyada Dağlıq Qarabağ münaqişəsinin həllində ən maraqlı tərəfin Azərbaycan olduğunu qeyd edən A. Əzimov bildirib ki, Azərbaycan torpaqlarının işğaldan azad olunmasını istəyir.


"Azərbaycan işğal altında olan ərazilərində normal şərait, normal həyat yaratmaq, investisiya qoymaq, bir sözlə, bu torpaqları inkişaf etdirmək istəyir. Bu vəziyyət insanlara, torpaqlara nə qədər ziyan vurur. Ərazilərimiz nə qədər inkişafdan qalırsa, gələcəyə də bir o qədər ziyan dəyir", - deyə A. Əzimov bildirib.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs