Əlaqə Arxiv
news Image
2014.06.19
16:41
| A A A
Amerika təyyarələri İraqda fəaliyyətlərə başladı

Basra Körfəzində Corc HW Buş təyyarə gəmisində olan F-18 Amerika döyüş təyyarələri İraq torpaqları üzərində kəşf patrul uçuşları reallaşdırmağa başlayıb. Movqe.Az xəbər verir ki, İraq üzərində kəşf uçuşları reallaşdırma qərarı ABŞ prezidenti Barak Obama tərəfindən təsdiqlənən "İraqın təhlükəsizliyini gücləndirmə sahəsində yardım" proqramı çərçivəsində alınıb. Reuters Agentliyi daha əvvəl Amerika Baş qərargah Başçısı Martin Dempseynin İraq rəhbərliyinin İraq Şam İslam Təşkilatı (IŞİD) xadimlərinin olduğu yerlərə hava hücumu təşkil edilməsi tələbini təsdiqlədiyini bildirmişdi. 

Sizin Reklam Yeriniz