news Image
2014.06.19
15:38
| A A A
İstirahət mərkəzlərində qadın alveri
"İstirahət mövsümünün başlanması fahişəliklə məşğul olan qadınların bu cür obyektlərə axınını artırıb. Hər zaman olduğu kimi, bu mövsümdə köhnə peşə sahibləri yaxşı qazanc əldə etmək üçün  istirahət məkanlarını özlərinə hədəf seçərək belə obyektlərə axışırlar. Çünki bu cür onyektlər hələ də çox təəssüf ki, tələb-təklif üçün əlverişli məkan olaraq qalır". Bu sözləri Movqe.az-a açıqlamasında "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova söyləyib. M. Zeynalova bildirib ki, bu cür məkanlar istirahət üçün nəzərdə tutulsa da, bəzən priton kimi də fəaliyyət göstərir.  Ona görə də bu cür obyektlərə nəzarət gücləndirilməlidir. M. Zeynalova bəzən bu cür məkanlara qadın alverçilərinin də ayaq açdığını bildirib. Onun sözlərinə görə, bu tip obyektlərdə tələb-təklifi üstələdiyindən, insan alveri ilə məşğul olanlar çox vaxt həmin məkanları ticarət üçün hədəf seçir. Odur ki, belə faktlarla qarşılaşan insanlar hüquq mühafizə orqanlarına məlumat verməlidirlər".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs