news Image
2014.06.19
16:08
| A A A
Elmin İnkişafı Fondu Milli Azərbaycan Tarixi Muzeyinə bərpa laboratoriyası alıb

AMEA Milli Azərbaycan Tarixi Muzeyində (MATM)  Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı ilə "MATM Bərpa laboratoriyasının müasir cihaz və qurğularla təchiz olunması" layihəsi çərçivəsində alınmış avadanlıqların təqdimat mərasimi keçirilib. Movqe.az xəbər verir ki, adıçəkilən layihənin məqsədi Bərpa laboratoriyasının müxtəlif təyinatlı və mənşəli eksponatların restavrasiyasına və konservasiyasına yardım edəcək müasir tələblərə cavab verən avadanlıq, cihaz və qurğularla təmin edilməsidir. Mərasimdə çıxış edən Muzeyin direktoru Nailə Vəlixanlı bildirib ki, milli irsi təbliğ eləməklə yanaşı, qorumaq və gələcək nəsillərə çatdırmaq hər bir muzeyin borcudur. Məhz bu baxımdan Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə alınan yeni bərpa avadanlıqları ölkədə milli mədəni irsin qorunmasında öz əvəzsiz töhfələrini verəcək. AMEA-nın vitse prezidenti İsa Həbibbəyli qeyd edib ki, Elmin İnkişafı Fondu ölkədə elmin inkişafına yönəlik böyük layihələr həyata keçirir. Bu layihələrin böyük qismini  elmi müəssisələrin maddi texniki bazasının məhkəmlənməsi, dünya standartlarına cavab verən müasir avadanlıqlarla təchiz edilməsi təşkil edir: "Tarix Muzeyi üçün alınan avadanlıqlar indiyədək kustar üsullarla aparılan tədqiqatların daha müasir səviyyəyə çatmasına xidmət edəcək".  

Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev isə qeyd edib ki, ölkə prezidenti İlham Əliyev Azərbaycanın regionun elmi mərkəzinə çevrilməsi kimi mühüm tapşırıq verib. Bunun üçün isə rəqabətə davamlı elmi nəticələr alınmalı, ölkənin elmi müəssisələri yeni, müasir avadanlıqlarla təchiz edilməli, həmin avadanlıqları işlədə biləcək kadrlar hazırlanmalıdır.  Fond sədri deib ki, alınmış avadanlıq və qurğular ən müasir tələblərə cavab verir və müxtəlif xarakterli tarixi eksponatların bərpası üçün nəzərdə tutulub. Alınmış avadanlıqlar sırasında İngiltərənin "Willard Conservation Ltd" şirkətinin istehsalı olan sorma masası, İtaliyanın "G.B. F.LLI Bertoncello" şirkətinin istehsalı olan Proxima mikro-qaynaq cihaz dəsti (bütün növ materiallar üzrə), İtaliyanın "C.T.S" şirkətinin təchiz etdiyi sərt cisimlərin korroziya və oksidləşməsinə qarşı ultra-səs təmizləyici vannası, eyni şirkətin istehsalı olan arxeoloji tapıntıların ərplərini təmizləyən pyezo-elektrik ultrasəs təmizləyici və cilalayıcı cihaz, İtaliyanın "AnMo Electronics" şirkətinin istehsalı olan eksponatların üzərindəki ziyanlı proseslərin videoqeydiyyat cihazı, Avropa şirkətlərinin istehsalı olan qəliz kimyəvi proseslər zamanı havasızlıq fəzasını yaratmaq üçün vakum nasosu kimi cihaz və qurğular maraq doğurur. Alınmış avadanlıq və qurğular istər şəxsi kolleksiyalarda olmuş, istərsə də arxeoloji tədqiqatlar zamanı aşkarlanmış istənilən növ tarixi materialların təmizlənməsi və sonrakı bərpası üçün geniş imkanlar yaradacaq: "Cihazların alınması ilə iş bitmir. Bu cihazları işlətmək üçün kadrlar hazırlanmalıdır. Bu məqsədlə Fondun "Mobillik qrantı" müsabiqələrində iştirak etmək lazımdır. Bu işləri kompleks şəkildə görməklə tez bir zamanda irəliləyişlərə nail ola bilərik". 

Mərasimdən sonra alınmış avadanlıqlara baxış keçirilib.




 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs