Əlaqə Arxiv
news Image
2014.06.19
18:11
| A A A
Bakıda Silahlı Qüvvələr günü münasibətilə parad keçiriləcək
Müdafiə naziri general-polkovnik Zakir Həsənov plan təsdiq edib

Müdafiə Nazirliyindən 26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı il dönümü ilə əlaqədar olaraq həyata keçiriləcək tədbirlərlə bağlı açıqlama verilib. 


Nazirliyin mətbuat xidmətindən Anspress-in sorğusuna cavab olaraq bildiriblər ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Müdafiə nazirliyinə tabe olan hərbi hissələrdə, birləşmələrdə və qarnizon (Bakı, Gəncə, Lənkəran və Naxçıvan) zabitlər evlərində bir sıra silsilə tədbirlərin keçirilməsi planlaşdırılır.


Qeyd edək ki, bir neçə ay öncə Bakı Qarnizonunun şəxsi heyəti Bakı şəhərində nizami yürüş keçirib.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Bakı Qarnizonunun qoşunlarının iştirakı ilə şəhərin müxtəlif istiqamətlərində 10 marşrut üzrə hərbi qulluqçuların nizami yürüşü keçirilib.


Hərbi orkestrlərin müşayiəti ilə keçirilən yürüşlər şəhər sakinləri və qonaqlar tərəfindən coşqu ilə qarşılanıb.


Sizin Reklam Yeriniz