Əlaqə Arxiv
news Image
2014.06.19
19:15
| A A A
Azərbaycanda hərəkətin təhlükəsizliyi aylığı başladı

Sürücülərə avtomobillərin yaxın işıq faralarını yandırmaq tövsiyyə olundu. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsin (BDYPİ) və Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) "Sürücülər, intizamlı olaq!" adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirir.


Ölkə ərazisində keçirilən aksiya iyun ayının 15-dən iyul ayının 15-dək davam edəcək.

Aksiyanın məqsədi yollarda qəzaların, ölüm hallarının qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə keçirilir.


Bu ay ərzində bütün hərəkət iştirakçıları yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırılır. Əhalinin diqqətinin bu tədbirə cəlb edilməsi, o cümlədən hərəkət iştirakçılarının həmrəyliyinin simvolu kimi respublikanın avtomobil yollarında hərəkətdə olan nəqliyyat vasitələrinin sürücülərinə gündüz vaxtı da yaxın işıq faralarından istifadə etmələrini tövsiyə edilir.


Qeyd edək ki, aksiya haqqında təbliğat xarakterli informasiya bu gündən etibarən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə məxsus, Bakı şəhərinin əsas küçə və prospektlərində quraşdırılan Elektron İnformasiya Tabloları vasitəsilə yayımlanır.

Sizin Reklam Yeriniz