Əlaqə Arxiv
news Image
2014.06.19
23:00
| A A A
Dünya Bankının nümayəndələri ilə görüş keçirilib

Vergilər Nazirliyində Dünya Bankının Azərbaycan üzrə baş iqtisadçısı, xanım Mona Prasadın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. 

 "Qafqazinfo"-nun verdiyi məlumata görə, Vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirov son illərdə ölkəmizin vergi sistemində aparılan islahatlar haqqında qonaqlara geniş məlumat verərək bildirib ki, prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində vergi inzibatçılığının bütün sahələrində müasir İKT-nin tətbiqi, inzibati idarəetmənin keyfiyyətcə yaxşılaşdırılması və avtomatlaşdırılması qısa müddətdə vergi xidmətinin fəaliyyətində ciddi uğurlar əldə edilib. Bunu ilk növbədə, qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan müasir innovativ vergi inzibatçılığının qurulması nəticəsində vergi ödəyiciləri tərəfindən rəğbətlə qarşılanan elektron xidmətlərin göstərilməsi sahəsində görmək mümkündür. 


Xanım Mona Prasad Azərbaycanın vergi sistemində aparılan islahatların, xüsusilə də yeni informasiya kommunikasiya texnologiyalarının tətbiqi və  elektron xidmətlər sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı ölkəmizdə görülən işlərin region ölkələri ilə müqayisədə daha sürətlə inkişaf etdiyini, mütərəqqi informasiya texnologiyalarına əsaslanan layihələrin genişləndirilməsini müsbət hal kimi qiymətləndirərək, Dünya Bankı və Azərbaycan hökuməti arasında qarşılıqlı əməkdaşlığın davam etdirilməsinin zəruriliyini vurğulayıb


Görüşdə vergi siyasəti və inzibatçılığı üzrə potensial əməkdaşlıq sahələri, həmçinin iqtisadiyyatda nağdsız əməliyyatların stimullaşdırılması və bələdiyyələrdə elektron qeydiyyat sisteminin həyata keçirilməsi sahəsində Dünya Bankı tərəfindən təklif olunan texniki yardımvə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Sizin Reklam Yeriniz