Əlaqə Arxiv
news Image
2014.06.20
10:00
| A A A
Ermənilər Tovuzda 3 uşaq anasını yaralayıb

İyunun 19-da saat 18-dən başlayaraq Tovuzun sərhəd kəndləri erməni silahlı qüvvələri tərəfindən atəşə tutulub.

Rayonun Əlibəyli kənd icra nümayəndəsi Valeh Rzayevin APA-nın qərb bürosuna verdiyi məlumata görə, atışma rayonun Əlibəyli və Hacallı kəndlərində olub. Məlumata görə, erməni silahlı qüvvələri kəndləri iri çaplı silahlardan atəşə tutublar. Əlibəyli kənd sakini, 1969-cu il təvəllüdlü, 3 uşaq anası Əliyeva Ənayət Totan qızı evinin qapısından içəri girərkən qəlpə yarası alıb. Dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadının vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, saat 18-dən başlayan atışma saat 23 radələrinə kimi davam edib.


Sizin Reklam Yeriniz