Əlaqə Arxiv
news Image
2014.06.20
10:20
| A A A
Nazirliyə mətbu nəşrlərlə bağlı səlahiyyət verildi

Xarici dövri mətbu nəşrlərin Azərbaycan ərazisində yayımlanması üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin razılığı vacib olacaq. Movqe.az-ın verdiyi məlumata görə, bu, Azərbaycan prezident İlham Əliyev tərəfindən təsdiqlənən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Əsasnaməsində əksinin tapıb.

Əsasnamədə "Kütləvi informasiya vasitələri haqqında" qanun ilə müəyyən edilmiş hallarda təsisçisinin və ya redaksiyasının daimi yeri Azərbaycandan kənarda olan xarici dövri mətbu nəşrlərin ölkə ərazisində yayılmasına razılıq vermək Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifələri sırasında qeyd edilib

Sizin Reklam Yeriniz