Əlaqə Arxiv
news Image
2014.06.20
10:40
| A A A
Azərbaycanda nazirin müavinlərinin sayı artırılıb

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun 3 müavini olacaq. Movqe.az-ın verdiyi məlumata görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Azərbaycan prezident İlham Əliyev tərəfindən təsdiqlənən Əsasnaməsinə əsasən rabitə və yüksək texnologiyalar nazirinin Azərbaycan prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən birinci müavini və iki müavini olacaq. Nazir öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti icrasını birinci müavininə və ya müavinlərindən birinə tapşıra bilər. Nazirlikdə nazirdən (kollegiyanın sədrindən), nazirin birinci müavinindən, nazirin müavinlərindən, Naxçıvan Muxtar Respublikasının aidiyyəti icra hakimiyyəti orqanının rəhbərindən və nazirliyin digər rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Nazirliyin kollegiyasının tərkibinə mütəxəssislər və alimlər də daxil edilə bilərlər.Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin bazasında yaradılıb. Rabitə və informasiya texnologiyaları nazirinin Azərbaycan prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini olub.

Sizin Reklam Yeriniz