Əlaqə Arxiv
news Image
2014.06.20
11:00
| A A A
İŞID-dan misli görülməmiş vəhşilik
Son günlər törətdikləri vəhşiliklərlə islami terror təşkilatı olaraq tanınan İraq Şam İslam Dövləti (İŞİD) islam adına ləkə gətirməkdə davam edir. Movqe.az-ın məlumatına görə, İŞİD silahlıları Suriyada və İraqda qan donduran cinayətlər həyata keçirirlər. Hələ bu azmış kimi onlar törətdikləri vəhşiliklərin video və ya foto görüntülərini sosial şəbəkədə yayaraq öz əməlləri ilə qürrələnirlər.Tutduqları şəxslərin başını kəsib futbol oynamaqdan tutmuş, insanlığa yaraşmayan bir çox vəhşiliklərini nümayiş etdirirlər.
İŞİD silahlılarının qandonduran cinayətlətini əks etdirən videolardan birində yolda dayanıb "TIR"-ların qarşısını kəsirlər. Daha sonra sürücülərdən onların şəxsiyyət vəsiqələri tələb edilir. Sonra isə hansı məzhəbə qulluq etdiyi, namaz qılıb-qılmadığını, namaz müddəti və d. suallar verirlər. Cavabını bilməyən sürücüləri şiə adlandırmaqla avtomat qarşısına düzərək "Allahu Əkbər" deyib güllələyirlər.
Sizin Reklam Yeriniz