Əlaqə Arxiv
news Image
2014.06.20
10:50
| A A A
Azərbaycan ordusunda əsgər bir yoldaşını öldürüb, birini yaraladıqdan sonra intihar etdi

İyunun 20-də saat 06.45 radələrində cəbhə bölgəsində yerləşən "N" saylı hərbi hissədə xidmət keçən əsgər Ağakişiyev Bəhruz Xəqani oğlu tabeliyində olan avtomatdan atəş açaraq əsgər Əhmədov Kamran İntiqam oğlunu yaralamış və əsgər Abdullayev Neyman Elman oğlunu qətlə yetirib. 


Anspress-in məlumatına görə, sonra B.Ağakişiyev silahından atəş açaraq intihar edib.



Yaralı əsgər K.Əhmədova ilk yardım göstərildikdən sonra hospitala yerləşdirilib. Vəziyyəti ağırdır.


Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.


Sizin Reklam Yeriniz