Əlaqə Arxiv
news Image
2014.06.20
12:19
| A A A
Riçard Morninqstar: “Təmas xəttində hər bir insan itkisi faciədir, bunun qarşısı alınmalıdır”
“Bunu təmin etmək üçün münaqişə birdəfəlik nizamlanmalıdır”

"ABŞ da daxil olmaqla ATƏT-in Minsk qrupu həmsədrləri çox səylə çalışır ki, təmas xəttində gərginlik artmasın, cəbhədə atəşkəsin pozulması halları baş verməsin".

Movqe.az-ın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib.

 

Səfir qeyd edib ki, bu məsələdən narahat olduğunu dəfələrlə bəyan edib: "Mən dəfələrlə qeyd etmişəm, bir daha vurğulamaq istəyirəm ki, təmas xəttində hər bir insan itkisi faciədir. Bunun qarşısı alınmalı, belə hallara yol verilməməlidir. Bunu təmin etmək üçün isə münaqişə birdəfəlik nizamlanmalıdır. Biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik".


Sizin Reklam Yeriniz