news Image
2014.06.20
12:16
| A A A
Aydın Əhmədov: "Müəllimlər çox vaxt diaqnostik qiymətləndirməyə üstünlük vermirlər"
Bu gün Şəkidə Fənn kurikulumunun tətbiqi -müvəffəqiyyət və perespektivlər movzusunda tıdbir keçirilib. Movqe.az xəbər verir ki,tədbirdə təhsildə yeni yanaşmalar mövzusunda təhsil eksperti Asif Cahangirovun və təlimçilərin təqdimatları dinlənilib. Kurikulum islahatlarına dair müzakirələr aparılıb. Təqdimat və müzakirələrdə Qax, Zaqatala, Balakən, Qəbələ və Oğuz rayonlarının təhsil şöbə müdirləri, müəllimlər, metodiki kabinet rəhbərləri, valideynlər, Azərbaycan Müəllimlər İnstitutunun Şəki və Zaqatala filiallarının tələbələri, təhsil ekspertləri və təlimçilər iştirak ediblər. Tədbirdə çıxış edən Nazirliyin Məktəbəqədər və ümumtəhsil şöbəsinin müdiri Aydın Əhmədov bildirdi ki, təhsildə qiymətləndirmədən danışaraq diaqnostik qiymətləndirmənin vacib olduğunu söylədi: "Təhsildə diaqnostik qiymətləndirmə çox vaxt kənarda qalır. Bizim müəllimlər çox vaxt diaqnostik qiymətləndirməyə üstünlük vermirlər. Halbuki, təhsildə olan üç qiymıtlındrimə üsulu olan formativ, sumativ və diaqnostik qiymətləndirmənin ən vacibi diaqnostik qiymətləndirmdir ki, müəllimlər buna daha çox fikir verməlidirlər".  

A. Əhmədov bildirib ki, diaqnostik qiymətləndirmə sinifin ümumi mənzərəsini, bilik səviyyəsini açıq şəkildə göstərməyə imkan verir. Tədbirdə çıxış edən Nazirliyin sektor müdiri Cəsarət Valehov isə tədbirin əsas məqsədinin dialoq mühitinin yaradılması, kurikulumla bağlı meydana çıxan problemlərin həlli yollarının müzakirə edilməsini söylədi. 

Tədbir müəllim və şagirdlərin diskusiyası ilə davam edir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs