Əlaqə Arxiv
news Image
2014.06.20
14:25
| A A A
Ali Məhkəməyə yeni hakim təyin edildi

Milli Məclisin növbədənkənar iclasında İnqilab Maşallah oğlu Nəsirov Ali Məhkəmənin hakimi təyin edilib. 

Movqe.az xəbər verir ki, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli bildirib ki, İ. Nəsirov uzun illərdir ki, hüquq- mühafizə və məhkəmə sistemində çalışır. O hazırda Ali Məhkəminin hakimidir və səlahiyyət müddəti 2014- cü ilin iyunun 25- də başa çatır. 


Prezident İlham Əliyev onun yenidən hakim təyin edilməsi barədə Milli Məclisə təqdimat göndərib. Eyni zamanda Zərbəli Şirinbala oğlu Zərbəliyev Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilib. Prezident İlham Əliyevin təqdimatı ilə Milli Məclis eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin hakimi Natiq Mehdi oğlu Abbasovu, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Zamin Vəliyəddin oğlu İbrahimovu və Şəki Apellyasiya Məhkəməsinin hakimi İnşallah Fərman oğlu Quliyevi öz ərizələri ilə vəzifədən azad edib. 


Qeyd edək ki, bu hakimlər iş yerlərini dəyişdirilməsi ilə əlaqədar vəzifələrindən azad olunmaları üçün ərizə 

Sizin Reklam Yeriniz