Əlaqə Arxiv
news Image
2014.06.20
14:21
| A A A
Gülər Əhmədova üzə çıxdı.., yasa getdi

Dünən tanınmış muğam ifaçısı Elnarə Abdullayevanın anasının cümə axşamı mərasimi olub. Mərasimdə Elnarənin sənət yoldaşları, ailə dostları iştirak ediblər. AzNews.az-a daxil olan məlumata görə, yas məclisinin sonunda heç kimin gözləmədiyi halda keçmiş deputat Gülər Əhmədova mərasimə təşrif buyurub. Bildirilir ki, Əhmədovanın yanında tanınmış-bəstəkar-şair Xanım İsmayılqızı da olub. Əslində, şərti azadlığa buraxılmış G.Əhmədovanın kiminsə yas mərasimində iştirak etməsində qeyri-adi nəsə yoxdur. Sadəcə Əhmədova və yaxınları mətbuata açıqlamalarında bildirmişdilər ki, sabiq deputat müalicə alır və heç yerə getmir. 

Qeyd edək ki, xanəndənin 78 yaşlı anası Süsən xanım iyunun 9-da dünyasını dəyişib. 

Sizin Reklam Yeriniz