news Image
2014.06.20
14:20
| A A A
Əli Həsənov: "Ədalətsizlik son həddədir"

Əli Həsənov L.Əliyevadan sonra Xocalı ilə bağlı xeyli çox iş görüldüyünü deyib

Bu gün yazıçı-publisist, əməkdar jurnalist Vasif Səmədov və siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Vəlizadənin "Leyla Əliyeva: "Xocalıya Ədalət!" (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model) adlı üçcildlik əsərinin təqdimat mərasimi olub. 

Tədbirdə Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da iştirak edib. 


Ə.Həsənov qeyd edib ki, Leyla Əliyeva bu kampaniyada iştirak edəndən sonra son 17 ildə görülən işlərdən xeyli çox iş görüldü. "Faciə baş verərkən bir sıra beynəlxalq jurnalistlər, təşkilatlar və digər qurumlar orada olublar və bu faciə ilə yaxından tanış olublar. Rusiyanın 366-cı alayının 80-90 faizini ermənilər təşkil edib. Orada rus zabitləri və əsgərləri az olub. Həmin rus zabitlərindən biri də bu faciənin törədilməsindən təəssüf etdiyini bildirib. O, yazdığı hesabatda qeyd edib ki, çox təəssüf ki, bu faciədə biz rus zabitinin şərəfini ləkələməkdən qoruya bilmədik.

Dövlət Komitəsinin sədri bildirib ki, dünyada ədalətsizlik son həddədir. Bizim yeganə güman yerimiz öz xalqımız və dövlətimizdir". 


Ə.Həsənov Azərbaycanın dövlət başçısının düzgün yol seçdiyini deyib - Azərbaycan iqtisadiyyatını və ordusunu gücləndirmək.


Onun sözlərinə görə, Ermənistanın bu gün dalana dirənməsinin əsas səbəbi məhz prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdir. "Ermənistandakı mövcud rejim dəyişmədikcə, bu problem həll edilməyəcək. O rejim azərbaycanlıların qanını axıdaraq hakimiyyətə gəlib. İndi onlar bu probleminin həll olunmasını istəyər?"


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs