Əlaqə Arxiv
news Image
2014.06.20
14:46
| A A A
İki erməni əsgəri öldürüldü

Ermənistan Müdafiə Nazirliyi təmas xəttində daha iki əsgərlərinin öldürüldüyünü açıqlayıb.

 

Virtualaz.org saytı xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan insidentin iyunun 19-da və 20-də baş verdiyini bildirib. Onun sözlərinə görə, birinci insident Dağlıq Qarabağda yerləşən hərbi hissələrdən birində qeydə alınıb.

 

İkinci insident isə bu gün Naxçıvanla sərhəd Ararat bölgəsində baş verib. Ovanisyan əsgərlərin "ehtimalən Azərbaycan tərəfindən açılan atəşlər nəticəsində həlak olduğunu" bildirib.

 

O, ölən əsgərlərin adlarını açıqlamayıb. Yeni təfərrüatlar gözlənilir.

 

Xatırladaq ki, bir neçə gün əvvəl Naxçıvanla sərhəddə bir gündə iki erməni əsgəri məhv edilmişdi. Təmas xəttinin Naxçıvan istiqamətində son günlər gərginlik yaşanır.

Sizin Reklam Yeriniz