news Image
2014.06.20
15:49
| A A A
Azərbaycanda andlılar məhkəməsinin yaradılmasından imtina edilib

Milli Məclisin bu gün keçirilən iclasında Baş Prokurorluq və Ali Məhkəmə tərəfindən parlamentə təqdim olunmuş "Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.


Movqe.az-ın məlumatına görə, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

 

O qeyd edib ki, hər iki sənəd Məhkəmə-Hüquq Şurasında da ciddi müzakirə olunub. Ə. Hüseynli bildirib ki, "Məhkəmələr və hakimlər haqqında" qanunda nəzərdə tutulan andlı iclasçılar institutu ölkəmizdə məhkəmə-hüquq islahatları başa çatdıqdan sonra qüvvəyə minməli olsa da, Baş Prokurorluq tərəfindən bir sıra ölkələrin bu sahədəki təcrübəsi öyrənilib və məlum olub ki, andlı iclasçılar institutu gözlənilən səmərəni vermir:

 

"Belə ki, məhkəmədə işlərə andlı iclasçılar baxdığı zaman onların çıxardığı qərarın qəbulunda hakim iştirak etmir. Bu isə təqsirliliyin müəyyənləşdirilməsində kifayət qədər əsaslı olmayan qərarların qəbuluna səbəb ola bilir. Çünki əsasən hüquq təhsili olmayan şəxslərdən ibarət olan andlı iclasçılar bəzən hüquqi mühakimə yürüdə bilmir. Bu fakt isə cinayət qanunvericiliyi prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bütün bunları nəzərə alaraq, Baş Prokurorluq "Məhkəmələr və hakimlər haqqında" qanunda andlı iclasçılar institutunun ləğv edilməsini məqsədəuyğun sayır".

 

Müzakirələrdə bəzi deputatlar bu institutun saxlanılmasının tərəfdarı olsa da, səsvermə zamanı əksəriyyət onun ləğvini istəyib. Beləliklə, təklif qəbul olunub və Azərbaycanda andlılar məhkəməsinin yaradılmasından imtina edilib. 


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs