news Image
2014.06.20
19:20
| A A A
Bakıda paltar oğruları tutuldu

Bakıda oğurluqda ittiham olunan şəxslər yaxalanıblar

Bakı Şəhər Baş Polis İdarəsindən lent.az-a verilən xəbərə görə, iyunun 4-də Qaradağ rayonunda yerləşən ticarət mərkəzinin dayanacağında Bərdə rayon sakini Rəhim Əsədova məxsus "Mercedes" markalı avtobusdan naməlum şəraitdə, 15 min manat dəyərində geyim əşyaları oğurlanıb.


Keçirilmiş əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən, 25 yaşlı iki həmyaşıd -  Məhiyəddin Fətullayev və Elvin Əsədov Qaradağ rayon 10-cu polis bölməsi əməkdaşları tərəfindən tutulub.


Faktla bağlı araşdırma aparılır.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs