news Image
2012.04.07
11:26
| A A A
Erməni ombudsman orduda insan hüquqlarının vəziyyətinə görə narahatdır
“Onlar korrupsiya təzahürləri ilə daha da dərinləşirlər”

Erməni ordusunda insan hüquqlarının vəziyyəti narahatçılıq doğurur. Bu haqda dünən jurnalistlərlə görüşündə erməni ombudsmanı Karen Andreasyan bəyan edib.

Ombudsman bildirib ki, digər qapalı müəssisələrdə olduğu kimi, orduda da müəyyən problemlər var. Ancaq onlar korrupsiya təzahürləri ilə daha da dərinləşirlər. "Yəni bütün dünya ordularında mövcud olan problemlər bu cür hadisələrə görə bizdə daha kəskinləşir", - Andreasyan deyib.

Onun Ermənistan müdafiə naziri ilə görüşü ordudakı insan hüquqları problemləri ilə bağlı narahatçılığını nazirə bildirməsi haqda jurnalistlərin sualına cavab olaraq, ombudsman nazirlə iki dəfə görüşdüyünü bildirib.

"İkinci görüşdə ölkənin hərbi prokuroru da iştirak edib. Həmin vaxt biz bu məsələni qaldıranda, söz verdilər ki, Müdafiə Nazirliyi ilə hərbi prokurorluq arasında yaradılacaq işçi qrup, cinayət qanunvericiliyində dəyişikliklər etməklə nizamnamə qaydalarının pozulmasına görə cəzanı ağırlaşdıracaq. Bu görüşümüzün əsas məqsədi idi, lakin indiyədək heç bir dəyişiklik edilməyib", - Andreasyan fikrini tamamlayıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs