news Image
2012.07.04
12:26
| A A A
Ərafatın ölüm səbəbi ilə bağlı şok iddia

Movqe.az xəbər verir ki, 2004-cü ildə dünyasını dəyişən Fələstin lideri Yaser Ərafatın ölümü ilə əlaqədar deyilən iddia hər kəsi çox təəccübləndirib. Belə ki, Əl Cəzirənin iddiasına görə Ərəfat zəhərlənərək öldürülüb.

Doqquz aydır ki, davam etdirdiyi araşdırmanın nəticələrini açıqlayan Əl-Cəzirə əfsanəvi liderdən geriyə qalan əşyalarda nadir görülən radioaktif maddəyə rast gəldiklərini iddia edib.

Əl Cəzirənin araşdırmalarına görə 11 Noyabr 2004-cü ildə vəfat edən fələstinli liderin ölüm səbəbi bunlardan heç biri deyil. Əl Cəzirənin iddiasına görə Ərafatın paltar, diş fırçası və digər əşyaları  üzərində edilən testlərdə həddindən artıq polonium (radioaktiv element) tapılıb.

Xatırladaq ki, 75 yaşında dünyasını dəyişən Ərafatın xərçəngdən, sirozdan hətta AIDS-dən belə öldüyünü deyənlər olmuşdu.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs