Əlaqə Arxiv
news Image
2014.06.21
10:04
| A A A
Keçmiş məhkum 3 kiloqram narkotiklə tutuldu (VİDEO)
Keçmiş məhkum köhnə vərdişindən əl çəkməyib. 

Movqe.az ANS TV-ə istinadən xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları üzərində narkotik maddə gəzdirən şəxsi saxlayıb. Daxil olan məlumat əsasında saxlanılan 55 yaşlı Arif Məlikov polis orqanına gətirilib.

Dəfələrlə məhkum həyatı yaşayan Arif Məlikov narkotik istifadəçisi olduğunu etiraf etsə də onun satışı ilə məşğul olmadığını bildirib.

Fakt üzrə Yasamal Rayon Polis İdarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir. İstintaqın gedişi zamanı Arif Məlikovdan müsadirə edilən narkotik vasitənin mənbəyilə yanaşı onu hansı məqsədlə əldə etdiyinə də aydınlıq gətiriləcək.


Sizin Reklam Yeriniz