Əlaqə Arxiv
news Image
2014.06.21
10:26
| A A A
Aeroportda gürcü zarafatı
Fransanın Berjerak şəhər meriyasının məsləhətçisi Nuqzar Sulaşvili sosial şəbəkədə şəxsi səhifəsində Azərbaycanda dünən baş verən hadisəyə cavab verib. 

Movqe.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, Sulaşvili Azərbaycan aeroportunda baş verən hadisə barədə onda ilk mənbədən informasiya olduğunu qeyd edib.

"Mən ilk mənbədən 100 faizlik informasiyaya malikəm. Sadəcə əgər mən ad yazsam, o adamı işsiz qoya bilərlər, buna görə mənbənin adını deyə bilmərəm. Ancaq bu dəfə sizi milyon dolların tarixiylə tanış edəcəyəm", - deyə o yazıb.

Gürcüstan Xarici İşlər Nazirliyinin başçısı Pandjikidzenin tapşırığı ilə Gürcüstanın xarici işlər nazirinin müavinlərindən biri Gürcüstanın Bakıdakı səfirliyinə zəng vurub və məlumat verib ki, onlar Daxili İşlər Nazirliyindən etibarlı məlumat alıblar ki, millilər (keçmiş hakim partiya "Vahid milli hərəkat") Gürcüstana böyük məbləği idxal edirlər. Səfirə təcili tədbir görmək tapşırığı veriblər. Onları Bakı aeroportunda faktla götürməyi tapşırıblar.

Səfir lazımı orqanlarla əlaqə saxlayıb və belə müraciət edib: "Bizdə yoxlanmış informasiya var ki, Gürcüstanın iki vətəndaşı, hansılar ki, diplomatik pasporta malikdirlər, gömrükdən gizli Gürcüstana böyük məbləğ daşıyırlar və ola bilər ki, silah da aparırlar. Bu haqda Gürcüstan hakimiyyəti məlumatlandırılıb. Bu cinayətdə onların tutulması bizim tərəfimizdən diplomatik qalmaqala səbəb olmayacaq, əksinə, biz şad olacağıq və bunun üçün kömək edəcəyik".

Buraxılış məntəqəsində həqiqətən müəyyənləşdirmə məqsədi ilə parlamentinin deputatları olan Zurab Djaparidzeni və İrma Nadiraşvilini saxladılar. Amma gömrük xidməti heç nə aşkar edə bilmədi, bu haqda xarici işlər nazirinə və Azərbaycanın Daxili İşlər Nazirliyinin rəhbərliyinə bildirildi, sonra Azərbaycanın xarici işlər naziri Gürcüstanın səfiriylə əlaqə saxladı və ona narazılığı ifadə etdi.

Bir neçə saatdan sonra Pandjikidze özü səfirə zəng vurub və onu hədələyib: "Nəsə fikirləş və necə istəyirsən et, bu işi düzəlt, yoxsa işini itirəcəksən". 

Səfir də həmçinin hirslənib ki, siz özünüz məni hansısa bir ağılsızlığa məcbur etdiniz, sonra da mənə irad tutursunuz?
"Bir sözlə, iki deputatın "zarafatı" arxasında böyük bir həngamə qopub və indi başları bu işə necə bəraət qazandırmağa qarışıb", - deyə Nuqzar Sulaşvili yazır.
Sizin Reklam Yeriniz