Əlaqə Arxiv
news Image
2014.06.21
13:13
| A A A
Futbolçunun gizlinlərini açdılar (FOTO)
"Atletiko Madrid"in ulduz futbolçusu Arda Turanın həyatı kitaba köçürülüb.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, ispaniyalı yazıçı Xuan E. Rodriqez Qarrido tərəfindən yazılan "Arda Turan Bayrampaşanın dahisi" kitabda məşhur futbolçudan ağızdolusu təriflər yazılıb. 

Yazıçı Arda Turanın futbol oyununu ovsunlayıcı bir şəkildə izah etməyə çalışıb. 

"Əgər futbol topu bir kristal kürə olsaydı, Arda onu qırmadan futbol oynayardı" -deyə yazıçı kitabında qeyd edib.

İspan dilində yazılan kitab artıq Türkiyə türkcəsinə də çevirilib. Futbol həvəskarları və Arda Turanın pərəstişkarları ispan yazıçının bu addımını maraqla qarşılayblar.

Kitabda maraqlı bir məqam isə Ardanın sarışın qadınlara meyilli olmasıdır. Hətta tanışları ona "növbəti sevgilin Peris Hilton olacaq" - deyə zarafat da edirlər. 

Qeyd edək ki, məşhur futbolçunun son günlərdə adı tanınmış sarışın televiziya aparıcısı Burcu Esmersoyla hallanır. 



Sizin Reklam Yeriniz