Əlaqə Arxiv
news Image
2014.06.21
14:00
| A A A
Türk snayperi Fransada oğurlandı
Fransanın paytaxtı Parisdə keçirilən "Eurosatory" silah sərgisində Türkiyənin öz istehsalı olan "Bora-12" snayperi bu ölkəyə aid stenddən oğurlanıb.Movqe.az-ın  ANS PRESS-ə istinadən xəbərinə görə, silah xüsusi qıfıl altında mühafizə olunan qutusundan götürülüb. Hadisə barədə məlumat verən hüquq-mühafizə orqanları oğruların "alyen" adlı xüsusi açardan istifadə etdiyini bildirib. 

Baş vermiş hadisəyə təəccübləndiklərini bildirən silahın istehsalçısı "Makina Kimya Sənayesi"nin əməkdaşları oğruların silahdan istifadə edə bilməyəcəklərini deyiblər. MKS əməkdaşları silahın tətiyinin aktiv vəziyyətdə olmadığını qeyd ediblər. 

Paris polisi oğurluq faktı ilə bağlı araşdırmalara başlayıb. 
Sizin Reklam Yeriniz