Əlaqə Arxiv
news Image
2014.06.21
18:00
| A A A
Qafqaz Universitetində yanğın
Gecə Abşeron rayonu Xırdalan şəhəri ərazisində Həsən Əliyev küçəsində yerləşən Qafqaz universitetində yanğın olub. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , universitetin inzibati işlər üzrə müdiri Sultan Rüstəmovun verdiyi məlumata görə, yanğın universitetin bufetində qeydə alınıb. Bufetdə yerləşən soyuducunun elektrik naqillərindəki qısaqapanma nəticəsində alışma baş verib. Yanğın təxminən 25 kvadrat metr ərazini əhatə edib.

Hadisədən sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürnləri cəlb edilib, qısa zamanda alov nəzarətə götürülüb. Görülən tədbirlər nəticəsində yanğının geniş miqyas almasına və təhsil müəssisəsinin digər inzibati otaqlarına keçməsinə imkan verilməyib. 

Hadisə zamanı xəsarət alan olmasa da, yanan ərazi yararsız vəziyyətə düşüb. Alovun qarşısı alındıqdan sonra isə hadisə yerinə nazrliyinin istintaq və təhqiqat şöbəsində araşırma aparıblar. Yanğının dəqiq baş vermə səbəbləri isə bu araşdırmaların sonunda bəlli olacaq.
Sizin Reklam Yeriniz